Azərbaycanda ağır qəza: yaralılar varbackend

Azərbaycanda ağır qəza: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb.

Editor.az  report.az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Fərəcov Rəşad Müseyib oğlu, 1994-cü il təvəllüdlü Fərzəliyev Cavanşir Çingiz oğlu, 1995-ci il təvəllüdlü Allahverdiyev Orxan Namiq oğlu, 1997-ci il təvəllüdlü Hüseynov Elnur nazim oğlu, 1989-cu il təvəllüdlü Allahyarov Elşən Vidadi oğlu və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Əliyev Fərid Bəhram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.