Bakı metrosunda maşinist qatar idarə edərkən öldü – YENİLƏNİBbackend

Bakı metrosunda maşinist qatar idarə edərkən öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım çağırılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:

“Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansı bir problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparırlar”.

09:16

Bakı metrosunda maşinist iş başında ölüb.

Oxu.Azxəbər verir ki, “Bakı Metropoliteni” QSC-də təsərrüfat qatarını idarə edərkən 1958-ci il təvəllüdlü Aydın Kərimlinin qəfildən halı pisləşib və vəfat edib.

İlkin məlumata görə, hadisə dünən “Avtovağzal” metro stansiyasında baş verib.

Faktı Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən təsdiq ediblər.