Bakıda binanın liftinin qırılması nəticəsində dörd nəfər xəsarət alıb – YENİLƏNİBbackend

Bakıda binanın liftinin qırılması nəticəsində dörd nəfər xəsarət alıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda binanın liftinin qırılması nəticəsində xəsarət alan dörd nəfər hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə üç təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan iki nəfər böyük (biri kişi cinsli, biri qadın cinsli olmaqla) və biri uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, bir uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

21:29

Bakıda yaşayış binasında lift qırılıb.

APA xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

İlkin ehtimala görə, dörd nəfər xəsarət alıb.