Hesablama Palatası Elm və Təhsil Nazirliyinin bu qurumunda nöqsanlar aşkarladıbackend

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin bu qurumunda nöqsanlar aşkarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib. İclasda auditor Vəfa Mütəllimovanın təqdim etdiyi “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.

Agentliyin İdarə heyətinin sədri və Elm və Təhsil Nazirliyinin şöbə müdiri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.