Bakıda şok kadrlar: Maşınlar binanın üstündə drift etdi – VİDEObackend

Bakıda şok kadrlar: Maşınlar binanın üstündə drift etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsinin görüntüləri yayılıb.

Məlumata görə, maşınlar mərkəzdə yerləşdiyi bildirilən binanın üstündə şou göstəriblər.

Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.