ABŞ-də 17 ştatın enerji sistemlərinin təcili sabitləşdirilməsinə qərar verildibackend

ABŞ-də 17 ştatın enerji sistemlərinin təcili sabitləşdirilməsinə qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Energetika Nazirliyi güclü isti hava şəraitində elektrik enerjisinin kəsilməsinin qarşısını almaq məqsədilə 17 ştatın enerji sistemlərinin təcili şəkildə sabitləşdirilməsi barədə qərar qəbul edib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunur ki, nazirlik bununla bağlı fövqəladə sərəncam verib. Sərəncama əsasən, ABŞ-ın qərb bölgəsində fəaliyyət göstərən iri elektrik enerjisi şirkətlərindən biri olan Southwest Power Pool (SPP) zərurət yaranacağı təqdirdə enerji sistemlərinin etibarlı və sabit fəaliyyətini təmin etmək üçün müəyyən generasiya güclərini işə salmalıdır.

Energetika Nazirliyinin məlumatına görə, ABŞ-də hazırda istifadəyə verilməyən 35 giqavatdan çox ehtiyat generasiya gücü mövcuddur. Enerji sistemlərinin təcili sabitləşdirilməsi ilə bağlı sərəncamın qüvvədə olma müddəti avqustun 3-dək müəyyən edilib.

PowerOutages.us portalının məlumatına əsasən, hazırda ölkə üzrə 61,5 mindən bir qədər çox istehlakçı elektrik enerjisindən məhrumdur.

ABŞ-də isti hava dalğası ayın əvvəlində ölkənin mərkəzi və şərq ştatlarını əhatə edib. Güclü istilər Müstəqillik Günü ilə bağlı kütləvi tədbirlərin keçirilməsinə də təsir göstərib. Yüksək temperatur səbəbindən Vaşinqton və ABŞ-ın onlarla digər şəhərinin hakimiyyət orqanları ənənəvi bayram paradlarını, konsertləri və atəşfəşanlıqları ləğv etməyə və ya təxirə salmağa məcbur olublar.

ABŞ paytaxtında havanın temperaturu 38 dərəcəyədək yüksəlib.

Daha əvvəl meteoroloq Qotşalk ABŞ-də müşahidə olunan anomal isti havanın iqlim dəyişikliyinin nəticəsi olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az