Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Editor.az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.

