Ötən gün “Space” televiziyasının bank hesablarına qoyulan həbs məsələsi ilə bağlı telekanalın yaydığı rəsmi açıqlamada yaranmış problemlərin əvvəlki rəhbərlik dövrünə aid olduğu bildirilib və sabiq baş direktor Vado Korovinə qarşı bir sıra iddialar səsləndirilib.
Manset.az məsələ ilə bağlı “Space TV” nin sabiq rəhbəri Vado Korovinlə əlaqə saxlayıb. O açıqlamasında bildirib ki, hazırkı rəhbərliyin ittihamları məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Onun sözlərinə görə, telekanalı qəbul edərkən kredit öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlər artıq mövcud idi və sözügedən kredit də onların təyinatından iki il əvvəl rəsmiləşdirilmişdi:
“Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlərlə təhvil almışdıq. Məhz belə şəraitdə idarəetmənin keyfiyyəti üzə çıxır. Rəhbər ona miras qalan problemlərə görə deyil, əldə etdiyi nəticələrə görə qiymətləndirilməlidir.
Maliyyə çətinlikləri təkcə bir televiziya kanalının problemi və ya hansısa rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu gün demək olar ki, bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır. Son illərdə beynəlxalq və iri milli reklamçılar reklam büdcələrinin böyük hissəsini rəqəmsal platformalara yönəldiblər. İnvestisiyaların əhəmiyyətli hissəsi internetə, sosial şəbəkələrə və digər rəqəmsal kanallara keçib. Nəticədə televiziya reklamlarının həcmi ciddi şəkildə azalıb və bu, əksər televiziya kanallarının maliyyə vəziyyətinə obyektiv təsir göstərib. Məhz bu səbəbdən kanal kredit öhdəliklərini ödəməkdə çətinlik çəkirdi”
Sabiq rəhbər qeyd edib ki, rəhbərliyin fəaliyyəti miras qalan problemlərlə deyil, əldə olunan nəticələrlə qiymətləndirilməlidir. O vurğulayıb ki, rəhbərliyi dövründə “Space” TV milli televiziya kanalları arasında yeddinci yerdən ikinci yerə yüksəlib, reytinqlər isə dörd dəfə artıb:
“Artıq ikinci yerdə olan bir televiziya kanalını qəbul etmək başqa məsələdir. Yeddinci yerdə olan kanalı qəbul edib onu ikinci pilləyə yüksəltmək, reytinqlərini dörd dəfə artırmaq isə tamamilə fərqli idarəetmə vəzifəsidir. İstənilən rəhbərin fəaliyyəti də məhz bu meyarla qiymətləndirilməlidir.
Çətin maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların maaşları vaxtında ödənilirdi. Kanal öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu hazırlamağa davam edirdi.
Fəaliyyətimi başa çatdırmazdan əvvəl böyük həcmli kommersiya müqaviləsi imzalanmışdı. Həmin müqavilə kanala sabit fəaliyyət göstərmək imkanı yaratdı və bu gün də yaratmağa davam edir. Hətta hazırkı rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi maaş ödənişləri də məhz mənim imzaladığım həmin müqavilə hesabına mümkün olub”.
Sabiq direktor həmçinin telekanalın texniki bazasının inkişaf etmədiyi barədə iddiaları təkzib edib:
“Xüsusilə, mənim rəhbərliyim dövründə kanalın texniki bazasının inkişaf etmədiyi ilə bağlı səsləndirilən iddialar təəccüb doğurur. Bu, həqiqəti əks etdirmir. Mənim fəaliyyətim dövründə “Space” TV-nin texniki bazası genişmiqyaslı şəkildə modernləşdirilib. Xüsusilə aşağıdakı avadanlıqlar və texniki vasitələr alınıb:
8 robotlaşdırılmış televiziya kamerası;
3 yeni studiya kamerası;

