İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən atəşkəsin pozulmasından sonra Yaxın Şərqdə ABŞ bazalarında yerləşdirilmiş 200-dən çox Amerika hərbçisini məhv edib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi bildirib.
“”Qələbə-2″ cavab əməliyyatı zamanı həlak olan amerikalıların sayı 200 nəfəri ötür, yaralananların sayı isə bu rəqəmdən xeyli çoxdur”, – deyə o, bildirib.
Möhəbi qeyd edib ki, ABŞ tərəfindən təqdim edilən bütün statistika yalandır və Vaşinqtona əvvəllər İran tərəfindən hücuma məruz qalan Amerika bazalarına jurnalistləri dəvət etməyi təklif edib./”Report”

