Trampın İrana zərbələri dayandırmaq qərarına nə təsir etdi?backend

Trampın İrana zərbələri dayandırmaq qərarına nə təsir etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon hesab edir ki, ABŞ-nin İrana endirdiyi zərbələr hazırkı mərhələdə effektivliyinin maksimum həddinə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazı bölgəsində bombardmanların dayandırılmasını tövsiyə edib, çünki onlar effektivlik həddinə çatıb.

Portalın yazdığına görə, Kuperin və ABŞ administrasiyasındakı bəzi nümayəndələrin tövsiyələri Prezident Donald Trampın İrana zərbələri dayandırmaq qərarına təsir edib.

Məlumata görə, CENTCOM rəhbəri genişmiqyaslı hərbi əməliyyatlara qayıtmağın mümkün olduğunu düşünür. Bu halda ABŞ-nin İranda nəzərdə tutduğu hədəflərin qalan 20 faizinə zərbələr endirilə bilər.

Kuper bildirib ki, Tramp genişmiqyaslı əməliyyatları bərpa etmək qərarı verməsə, son iki həftə davam edən bombardmanların davam etdirilməsinin mənası yoxdur.

“Axios” yazır ki, əgər Tramp İran və Oman arasında Hörmüz boğazının açılması ilə bağlı hazırlanan razılaşmanı qəbul etməsə, münaqişənin daha da genişlənməsi mümkündür.