İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumu nəticəsində 1 nəfərin öldüyün açıqlayıb.
Globalinfo.az xəbər verir ki, nazir “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada hadisəni BMT Nizamnaməsinin ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Əraqçinin sözlərinə görə, bu addımda İsrail izləri görünür və hücum Avropanı münaqişəyə cəlb etmək məqsədi daşıyır.
İranlı diplomat bildirib ki, məsələ ilə bağlı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, eləcə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Əraqçi vurğulayıb ki, Tehran Kiyevin bu hərəkətini cavabsız qoymaq niyyətində deyil və İran öz maraqlarını qorumaq üçün lazımi addımları atacaq.

