Bakının mərkəzində qızın başına beton parçası düşdübackend

Bakının mərkəzində qızın başına beton parçası düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Editor.az  “Qafqazinfo”ya istinadən bildirir ki, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.