Bibisini öldürüb, ətindən şorba bişirdibackend

Bibisini öldürüb, ətindən şorba bişirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada öz bibisini öldürən və onun başından bibər şorbası bişirən kişi həbs edilib.

Bu barədə “Daily Post Nigeria” məlumat yayıb.

Polisin bildirdiyinə görə, Odju inzibati rayonundan olan 45 yaşlı İyeremiya Ode avqustun 19-da bibisi Prissilla Adoganın işlədiyi fermaya gəlib. Həmin şəxs 65 yaşlı qohumuna hücum edərək onu maçete ilə öldürüb.

Bundan sonra qardaşı oğlu qadının başını cəsəddən ayırıb və elə hadisə yerində ondan bibər şorbası bişirməyə başlayıb. Adoqinin həmişəki vaxtda evə qayıtmaması ailəsini narahat edib. ailəsi fermaya gəlib və Odeni qohumunun başını yeyərkən yaxalayıb.

Polisin dindirməsi zamanı adamyeyən bildirib ki, bibisini bütöv yemək niyyəti olub. O, həmçinin “Prissilla ilə maçete ilə vuruşduğunu və qalib gəldiyini” iddia edib. Kişinin bir növ psixi pozğunluqdan əziyyət çəkdiyi məlum olub, lakin polis onun hekayəsinin “dəli üçün çox normal” olduğunu hiss edib və nigeriyalını cinayət məsuliyyətinə cəlb etmək qərarına gəlib.

Ode hazırda həbsdədir. Məhkəmə dövlət Ədliyyə Departamenti ilə əlavə məsləhətləşmələrə ehtiyacı olduğu üçün noyabrın 11-dək təxirə salınıb.

Milli.az