Birinci Dünya Müharibəsinin başlanma mərhələsinə oxşar HADİSƏLƏR: “Məqsəd odur ki, Rusiya bütün resurslarını işə salsın”backend

Birinci Dünya Müharibəsinin başlanma mərhələsinə oxşar HADİSƏLƏR: “Məqsəd odur ki, Rusiya bütün resurslarını işə salsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanı işğal etmək məqsədilə başlatdığı müharibənin artıq ikinci ayına keçid edilir. Brüsseldə NATO-ya üzv ölkələrin liderləri görüşərək Ukrayna-Rusiya müharibəsi mövzusunda qapalı müzakirələr apardı. Çoxları gözləyirdi ki, bu görüşdə ittifaqın Ukraynaya dəstəyi rəsmi xarakter alacaq, habelə rəsmi Kiyev tərəfindən qaldırılan məsələlər həll ediləcək. Amma NATO açıq elan etdi ki, Ukrayna müharibəsində tərəf kimi iştirak etmir.

Mövzu ilə bağlı Editor.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli  bildirib ki, Alyans müharibədə qeyri-rəsmi şəkildə bütün potensialı ilə iştirak edir:

” Onların ortaya qoyduğu əsas güc, yanaşma ondan ibarət olacaq ki, Ukrayna Rusiya qarşısında alternativ mübarizə vasitələri ilə dirənişini gücləndirsin. Burada əsas məqsəd həm də Rusiyanı qeyri-rəsmi yollarla hədəfə almaq və sıradan çıxartmaqdır. ABŞ Prezidenti Bayden də ötən gün konkret olaraq bununla əlaqədar Putinin hakimiyyətdən kənarlaşdırılması çağırışını etdi. NATO daxilində  bir sıra ciddi məsələlər və bu, NATO-ya üzv dövlətlərin Ukrayna məsələsində Rusiyaya münasibətdə yekdil mövqedə olmaması ilə əlaqədardır. Fransa, Türkiyə, Britaniyanın kifayət qədər fərqli yanaşmaları, fikir ayrılıqları mövcuddur. Tam olaraq ortaya belə bir mənzərə çıxır ki, NATO liderlərinin Ukraynaya dəstəklə bağlı mövqeləri razılaşdırılmış, lakin fərdi xarakter daşıyacaq. Bütövlükdə NATO-nu son mərhələdə mübarizəyə qoşulma məsələsini nəzərdən keçirəcək. Hesab edirəm ki,  həlledici zərbə NATO çərçivəsində vurulacaq. Eyni zamanda, baş verən proseslərdə NATO-nun əsas missiyası Rusiya qorxusu ilə NATO daxilində partizanlıq edən dövlətləri həmin o çatı ətrafına yığmaqdan ibarət idi. Hesab edirəm ki, NATO çərçivəsində qəbul ediləcək vahid qərarların qəbulu cəbhələrin genişləndirilməsinə yönəlik gözləmə rejimindədir”.

Siyasi şərhçinin sözlərinə görə, müharibənin birinci mərhələsi Ukrayna-Rusiya və qeyri-qərb qüvvələrin iştirakı ilə davam edirdisə, ikinci mərhələdə Rusiyanın digər ölkələrdəki müttəfiqləri vasitəsilə mini müharibələrin törədilməsi dönəminə qədəm qoyulur:

“Hesab edirəm ki, NATO gözləmə rejiminə ona görə keçdi ki,  Rusiya bütün alternativ resurslarını işə salsın. Məsələn balkanlarda serbiyanın silahlı təcavüzü baş verərsə, keçmiş Yuqoslaviya Respublikalarının da cəlb olunduğu Birinci Dünya Müharibəsinin başlanma mərhələsinə oxşar dinamidlər yerindən oynaya bilər. Məhz buna görə hesab edirəm ki, bununla da hesablanmış, uzunmüddətli  müharibə strategiyasına keçid edildi. Digər lokal müharibələrin də baş vermə dönəminə qədəm qoyuruq. Hesab edirəm ki, bu proses tərəflər öz arsenallarındakı hərbi, siyasi resursları meydana çıxarana qədər davam edəcək”.

//Gülnarə Abasova, Editor.az