Böyük Britaniya kəşviyyatı Rusiyanın itkilərini açıqladı: 80 min nəfər!backend

Böyük Britaniya kəşviyyatı Rusiyanın itkilərini açıqladı: 80 min nəfər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya elan olunmamış müharibə fonunda Rusiyanın itkiləri 80.000-dən çoxdur.

Editor.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles deyib. Bu rəqəmə Ukraynada öldürülən, yaralananlar və fərari rus əsgərləri daxildir. “Biz əsasən Rusiyanın itkiləri ilə bağlı məlumatları qəbul edirik. Burada ölənləri, yaralıları və fərariləri birləşdirsək, onların sayı 80 mini keçir. Müqayisə üçün deyək ki, onların Əfqanıstanda on il ərzində 15 min nəfər itki vermişdilər “, – Britaniya rəsmisi bildirib. Nazir əlavə edib ki, Britaniya kəşfiyyatının məlumatına görə, son həftə ərzində işğalçıların Ukrayna ərazisində irəliləyişini metrlərlə ölçmək olar.

“Mən bu səhər kəşfiyyat rəhbərləri ilə danışmazdan əvvəl onlara bildirdim ki, Rusiyanın irəliləyişini millərlə deyil, həftədə metrlərlə ölçmək olar…” – müdafiə naziri əlavə edib.

  //Samir,Editor.az