Böyük Britaniya Kralı III Çarlz Paris və Berlinə səfər edəcəkbackend

Böyük Britaniya Kralı III Çarlz Paris və Berlinə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Consort Camillanın dövlət səfəri zamanı ziyarət ediləcək ilk dünya paytaxtları Paris və Berlin olacaq.

Editor.az bildirir ki, bu barədə Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayer və Yelisey sarayının nümayəndəsi məlumat verib. Fransaya dövlət səfəri martın 26-dan 29-dək, Almaniyaya isə martın 29-dan 31-dək baş tutacaq.

Ənənəyə uyğun olaraq, Böyük Britaniya monarxının Millətlər Birliyinin üzvü olmayan ölkəyə dövlət səfəri yalnız bir dəfə baş tuta bilər.

//Samir Qurbanov,Editor.az