Bu məhsul TƏCİLİ olaraq mağazalardan yığışdırılır – Tərkibində…backend

Bu məhsul TƏCİLİ olaraq mağazalardan yığışdırılır – Tərkibində…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada “alkoqolsuz” adı ilə satışa çıxarılan bəzi içkilərdə spirt aşkar edilməsi böyük narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, Kulmbacher Brauerei AG şirkəti məhsulların səhv etiketləndiyini açıqlayaraq onların təcili şəkildə mağaza rəflərindən geri toplandığını bildirib.

Məlumata görə, istehlakçılar tərəfindən edilən şikayətlərdən sonra aparılan yoxlamalarda “alkoqolsuz” kimi təqdim edilən bəzi məhsulların tərkibində müəyyən miqdarda spirt olduğu müəyyən edilib. Bu vəziyyət xüsusilə uşaqlar, hamilə qadınlar və sağlamlıq səbəbilə spirt qəbul etməyən insanlar üçün risk hesab olunur.

Şirkət nümayəndələri bildiriblər ki, problem istehsal və etiketləmə mərhələsində baş verən texniki səhvdən qaynaqlanıb. Hazırda məhsulların satışdan çıxarılması və istehlakçılardan geri qaytarılması prosesi davam etdirilir.

Mütəxəssislər istehlakçılara aldıqları məhsulların seriya nömrələrini yoxlamağı və şübhəli hallarda istifadə etməməyi tövsiyə ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.