SON DƏQİQƏ! Qlobal vəziyyət ELAN EDİLDİ – ÖLÜMCÜLDÜR, peyvəndi yoxdurbackend

SON DƏQİQƏ! Qlobal vəziyyət ELAN EDİLDİ – ÖLÜMCÜLDÜR, peyvəndi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında yayılan yeni Ebola epidemiyası səbəbilə ən yüksək səviyyəli beynəlxalq fövqəladə vəziyyət elan edib.

Musavat.com xəbər verir ki, təsdiqlənmiş peyvəndi olmayan nadir “Bundibugyo” variantının yüksək ölüm faizi və yayılma riski dünya ölkələrini narahat etməyə başlayıb.

Məlumata görə, virus ilk olaraq Konqonun şimal-şərqində aşkarlanıb və artıq qonşu Uqandaya, həmçinin bölgədə daha bir ölkəyə yayılma riski yaradıb. ÜST bunu “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti” kimi qiymətləndirib.

Mütəxəssislər bildirirlər ki, yayılan virus Ebola virusunun nadir “Bundibugyo” ştammıdır və bu növə qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi anticisim müalicəsi yoxdur. Xəstəliyin ölüm göstəricisinin bəzi hallarda 90 faizə qədər yüksələ bildiyi qeyd olunub.

Hazırda epidemiya bölgəsində 200-dən çox şübhəli yoluxma və azı 65 ölüm qeydə alınıb. Virusun yayıldığı əsas ərazilərdən biri minlərlə insanın işlədiyi Mongbwalu qızıl mədən bölgəsi hesab olunur.

Alimlər Ebola virusunun əsasən yoluxmuş şəxsin bədən mayeləri ilə təmas nəticəsində keçdiyini, hava yolu ilə yayılmadığını bildirirlər. Buna baxmayaraq, səhiyyə infrastrukturunun zəif olması və bölgədəki münaqişələr virusla mübarizəni çətinləşdirir.