Rusiyanın neft gəlirlərinə qarşı yeni sanksiya təhlükəsi: ABŞ Senatından sərt təşəbbüsbackend

Rusiyanın neft gəlirlərinə qarşı yeni sanksiya təhlükəsi: ABŞ Senatından sərt təşəbbüs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatında Rusiyanın enerji ixracını hədəf alan yeni sanksiya paketi müzakirəyə çıxarılıb. Təşəbbüsə əsasən, Rusiya neftini alan ölkələrə qarşı 500 faizlik rüsum tətbiq oluna bilər.

Editor.az xəbər verir ki, qanun layihəsi respublikaçı senator Lindsi Qrem tərəfindən irəli sürülüb. Sənədin məqsədi Moskvanın neft satışından əldə etdiyi gəlirləri minimuma endirmək və Rusiyaya iqtisadi təzyiqləri artırmaqdır.

Ekspertlər hesab edir ki, belə bir qərarın qəbul olunması qlobal enerji bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. Xüsusilə Çin və Hindistan kimi iri idxalçı ölkələrin bu addımdan təsirlənəcəyi bildirilir.

Analitiklərin fikrincə, Vaşinqtonun yeni təşəbbüsü dünya bazarında neft qiymətlərinin yenidən yüksəlməsinə və enerji sektorunda əlavə gərginliyin yaranmasına səbəb ola bilər.  

//Gülnarə Abasova, Editor.az