Kanadada kruiz gəmisində hantavirus aşkarlanıb: sərnişinlər arasında narahatlıq artırbackend

Kanadada kruiz gəmisində hantavirus aşkarlanıb: sərnişinlər arasında narahatlıq artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada “MV Hondius” kruiz gəmisində səfər edən sərnişində hantavirus infeksiyası təsdiqlənib. Məlumata görə, yoluxan şəxs Yukon ərazisinin sakinidir.

Editor.az xəbər verir ki, Kanadanın İctimai Səhiyyə Agentliyi laborator analizlərdən sonra diaqnozu rəsmən təsdiqləyib. Xəstədə yüksək hərarət və güclü baş ağrısı kimi orta ağır simptomların müşahidə olunduğu bildirilib.  

Qeyd edək ki, 2026-cı ilin aprel-may aylarında Atlantik okeanı üzərindən Argentina–Kabo-Verde marşrutu ilə hərəkət edən həmin kruiz gəmisində üç sərnişin hantavirus səbəbindən həyatını itirib. Onlarda ağır tənəffüs çatışmazlığı əlamətləri qeydə alınıb.  

Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və insanlarda ağciyər, böyrək və tənəffüs sistemi ilə bağlı ciddi fəsadlar yarada bilər. Hazırda infeksiyanın yayılma mənbəyi və digər sərnişinlərlə təmas ehtimalları araşdırılır.

Hadisədən sonra sosial şəbəkələrdə yeni pandemiya təhlükəsi ilə bağlı narahatlıq artıb. Bununla belə, epidemioloqlar hazırda COVID-19 miqyaslı qlobal təhlükə üçün əsas olmadığını vurğulayırlar.  

//Gülnarə Abasova, Editor.az