Müşahidə olunan bütün çətinliklər müvəqqətidir, Rusiya isə əbədidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi, 27 aprel tarixində Rusiya Federasiyası Qanunvericilər Şurasının iclasında iştirak edərkən bildirib. “Bunların hamısı müvəqqəti, keçici hadisələrdir. Amma Rusiya əbədidir!” – deyə o bildirib.
Rusiya lideri həmçinin sahibkarlığın inkişafına mane olan bir sıra maneələri müvəqqəti çətinliklər kimi qeyd edib. O, istehlakçıların maraqlarını qoruyarkən bu aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

