Şənbə axşamı Şri-Lankanın Bandaranaike Beynəlxalq Hava Limanında 22 Buddist rahib təxminən 3,45 milyon dollar dəyərində 110 kq-dan çox narkotik daşıdıqlarına görə həbs edilib.
Şri-Lankanın “Daily Mirror” qəzetinin məlumatına görə, müsadirə hava limanının tarixində ən böyük hadisə olub. Qəzetin məlumatına görə, Taylanddan gələn rahiblərin baqajında təxminən 112 kq kannabis və həşiş tapılıb. Növbəti gün saxlanılanlar ölkənin Qərb əyalətindəki Neqombo rayonunda məhkəməyə veriliblər.
İstintaq əməliyyatın Camburalia rayonundakı bir məbəddən üç rahib tərəfindən koordinasiya edildiyini aşkar edib. Onlar sosial media vasitəsilə əksəriyyəti 30 yaşdan kiçik olan 19 gənc rahibi işə cəlb ediblər. Onlara pulsuz uçuş, yaşayış yeri və yemək vəd edilib. Təşkilatçılar rahiblərə məktəblilər üçün tədris materialları və şirniyyatlar daşıyacaqlarını bildiriblər.
Polis həmçinin Qampaha rayonunda təşkilatçı olduğu iddia edilən şəxsi də saxlayıb. Keçən ay qrup 12 rahibin iştirak etdiyi oxşar narkotik qaçaqmalçılığı əməliyyatı həyata keçirib. Yaxın gələcəkdə daha bir belə səfər planlaşdırılıbmış.
//Samir Qurbanov, Editor.az

