2025-ci ildə dünyada qlobal müdafiə xərcləri rekord həddə çatıb – Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutubackend

2025-ci ildə dünyada qlobal müdafiə xərcləri rekord həddə çatıb – Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatına görə, 2025-ci ildə qlobal müdafiə xərcləri 2,9% artaraq rekord həddə – 2,89 trilyon dollara çatıb.

Bu xərclər qlobal ÜDM-in 2,5%-ni təşkil edib ki, bu da, 2009-cu ildən bəri rekord göstəricidir.

Qlobal hərbi xərclər ardıcıl on birinci ildir ki, artmaqdadır. İnstitutun mütəxəssisləri qeyd edirlər ki, bu artım “müharibələr, qeyri-müəyyənlik və kütləvi silahlanma ilə geosiyasi dəyişikliklərin daha bir ili” ilə bağlıdır.

Keçən il ABŞ-da hərbi xərclər əhəmiyyətli dərəcədə – 7,5% azalaraq 954 milyard dollara düşüb. Lakin ölkə bu göstərici üzrə dünya lideri olaraq qalıb. İkinci yerdə olan Çin müdafiə xərclərini 7,4% artıraraq 336 milyard dollara çatdırıb.

Avropada hərbi xərclər 14% artaraq 864 milyard dollara çatıb. SIPRI-yə görə, Rusiyada hərbi xərclər 5,9% artaraq 190 milyard dollara, Ukraynada isə 20% artaraq 84,1 milyard dollara çatıb. SIPRI tədqiqatçısı Lorenzo Skaratsatonun sözlərinə görə, hər iki ölkədə bu cür xərclər Rusiyanın ÜDM-nin 7,5%-i və Ukraynanın ÜDM-nin 40%-i kimi tarixən yüksək paya çatıb.

Almaniyanın müdafiə xərcləri 24% artaraq 114 milyard dollara çatıb. SIPRI hesablayır ki, 2025-ci ildə Avropa NATO üzv dövlətlərinin hərbi xərcləri 1953-cü ildən bəri ən sürətli templə artacaq. SIPRI analitikləri qeyd edirlər ki, ötən il Yaxın Şərqdə münaqişənin gərginləşməsinə baxmayaraq, regionda hərbi xərclər cəmi 0,1% artaraq 218 milyard dollara çatıb.

//Samir Qurbanov, Editor.az