Çaplinoda ölənlərin sayı artdı: aralarında uşaqlar da varbackend

Çaplinoda ölənlərin sayı artdı: aralarında uşaqlar da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Dnepropetrovsk vilayətinin Çaplino kəndinə raket hücumu nəticəsində 25 nəfər həlak olub, xilasetmə və axtarış işləri yekunlaşıb.

Editor.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko və “Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin Telegram-da yazıblar “Çaplino kəndində xilasetmə və axtarış işləri başa çatıb. Yaşayış sektorunun və dəmiryol vağzalının atəşə tutulması nəticəsində ikisi uşaq olmaqla 25 nəfər həlak olub”.

Timoşenko 11 yaşlı uşağın evin dağıntıları altında qaldığını, digər 6 yaşlı uşağın isə vağzal yaxınlığında avtomobildə baş verən yanğın zamanı öldüyünü bildirib. Daha 31 nəfər xəsarət alıb. Ölənlərin arasında 3 dəmiryolçunun olduğu da bildirilir. Bundan başqa, 31 yaralı arasında 2 uşaq və 4 dəmiryolçu var.

  //Samir,Editor.az