Çin İsrail və Fələstin arasında vasitəçilik təklif edibbackend

Çin İsrail və Fələstin arasında vasitəçilik təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pekin iki ölkə arasında sülh danışıqlarında vasitəçilik etməyə hazırdır”.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Qin Qanq deyib.

İki ölkənin xarici işlər nazirlərini ayrı-ayrılıqda çağıran Qin Qanqın təşəbbüsü Çinin beynəlxalq aləmdə özünü “regional vasitəçi” kimi göstərməyə çalışdığı bir vaxta təsadüf edib. Qanq Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşündə bildirib ki, Pekin danışıqların mümkün qədər tez başlamasını dəstəkləyir. Çin mətbuatının məlumatına görə, Qanq həmkarlarına İsrail və Fələstin arasında mövcud vəziyyətdən narahat olduqlarını bildirib.

Çin uzun illərdir ABŞ-ın üzərinə götürdüyü Yaxın Şərqdə regional vasitəçi roluna sahiblənmək üçün müxtəlif addımlar atır. Rəsmi Pekin mart ayında İran və Səudiyyə Ərəbistanının əlaqələrinin bərpası üçün də vasitəçilik edib.

Digər tərəfdən, Çin Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün sülh planını da təqdim edib. Ancaq planda Rusiyanın öz qoşunlarını çıxarması ilə bağlı heç bir şərt yoxdur.

//Gülnarə Abasova, Editor.az