Peterburq yaxınlığında Rusiyanın mühüm sənaye zonası yanırbackend

Peterburq yaxınlığında Rusiyanın mühüm sənaye zonası yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqun Kolpino rayonundakı İzhora sənaye zonasında güclü yanğın başlayıb.

22 min kv.metrdə başlayan yanğının sahəsi sürətlə genişlənərək 82 min kv.metrə çatıb.

Yanğın ərəfəsində bölgədə drona və ya raket təhlükəsi elan olunmayıb. Yanğının başvermə səbəbləri açıqlanmır.
Rəsmi mənbələr yanğının anbar kompleksində başladığını elan edib, lakin bəzi sosial şəbəkələrdə böyük müəssisələrdən birində olduğuna dair məlumatlar yayılır.

Zonada Rusiya ağır sənayesinin ən böyük mərkəzlərindən biri hesab olunur. Orada metallurgiya, metal emalı və ağır maşınqayırma zavodları, eləcə də enerji və nüvə sənayesi ilə əlaqəli sənaye müəssisələri var.

Musavat.com