İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hərəkatının hərbi qanadının “Deyr əl-Bəlah” batalyonunun rota komandirini öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusu Deyr əl-Bəlah bölgəsinə zərbə endirib və HƏMAS-ın hərbi qanadının “Deyr əl-Bəlah” batalyonunun rota komandiri Şərif əl-Həsənatı öldürüb”, – deyə bəyanatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, əl-Həsənat terror hücumlarını idarə edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpası səylərinə rəhbərlikdə iştirak edib.
Qurum qeyd edib ki, əl-Həsənat SAXAL hərbçiləri üçün birbaşa təhlükə təşkil edib və bu təhlükəni aradan qaldırmaq məqsədilə öldürülüb.

