Vahid Ələkbərov Bakıdakı YDM-ləri kimə satıb-ABŞ-dan yeni qərarbackend

Vahid Ələkbərov Bakıdakı YDM-ləri kimə satıb-ABŞ-dan yeni qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Vahid Ələkbərovun “Lukoil”unun xarici aktivlərinin satış prosesinə daha bir ay vaxt verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) danışıqlara və şərti müqavilələrin bağlanmasına imkan verən lisenziyanın müddətini avqustun 22-dən sentyabrın 19-dək uzadıb. Lakin bu, aktivlərin həmin tarixədək avtomatik satılması demək deyil: yekun sövdələşmə üçün OFAC-ın ayrıca icazəsi tələb olunur.

Picture background

“Lukoil”un belə vəziyyətə düşməsinin əsas səbəbi ABŞ-ın 22 oktyabr 2025-ci ildə şirkətə qarşı geniş sanksiyalar tətbiq etməsidir. Vaşinqton bu addımı Rusiyanın enerji sektoruna təzyiqi artırmaq və Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq məqsədi ilə atıb. Sanksiyalardan sonra “Lukoil” xarici aktivlərini satmaq məcburiyyətində qaldı. Şirkətin əvvəlcə “Gunvor”un təklifini qəbul etdiyi bildirilirdi, lakin ABŞ Maliyyə Nazirliyi bu sövdələşməyə razılıq vermədi.

2026-cı ilin yanvarında isə “Lukoil” ABŞ-ın investisiya şirkəti “Carlyle” ilə “Lukoil International”ın satışı barədə razılığa gəldi. Bu qurum şirkətin Rusiyadan kənardakı aktivlərinin böyük hissəsini idarə edir. Paketə müxtəlif ölkələrdə neft-qaz layihələri, emal müəssisələri və 2 mindən çox yanacaqdoldurma məntəqəsi daxildir. Aktivlərin ümumi dəyəri bazar qiymətləndirmələrində təxminən 22 milyard dollar göstərilir.

Picture backgroundMəsələ Azərbaycan üçün də maraqlıdır. “Lukoil” yanvar ayında xarici aktivlərini idarə edən Lukoil International GmbH-nin 100 faizinin ABŞ-ın “Carlyle” investisiya şirkətinə satışı barədə razılaşma imzalayıb. Paketə müxtəlif ölkələrdəki neft-qaz layihələri, emal müəssisələri və təxminən 20 ölkədə 2,4 min yanacaqdoldurma məntəqəsi daxildir. Reuters bu beynəlxalq aktivlərin ümumi dəyərini təxminən 22 milyard dollar qiymətləndirib.

“Lukoil”un Azərbaycandakı YDM şəbəkəsinin də bu prosesdə taleyi qeyri-müəyyən olaraq qalır. Fevralda yayılan məlumatlarda Bakıdakı “zapravkaların” artıq azərbaycanlı varlı şəxslərdən birinə satıldığı barədə iddialar yer alsa da, həmin məlumat rəsmi təsdiqini tapmayıb. Dövlət reyestrində və rəqabət qurumlarında belə bir satışla bağlı açıqlanmış dəyişiklik də olmayıb. .

Musavat.com