Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.
Hadisə yataqxananın dəhlizində qeydə alınıb.
Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə Nəsib qızı tüstüdən zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır. (Report)

