“Rusiya Ukrayna ilə sülh barədə dialoqa yalnız cəbhədəki reallıqlar nəzərə alınmaqla hazırdır”.
Oxu.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Putin Ukraynanın hazırda münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü təklifləri Moskva üçün qəbuledilməz adlandırıb.
“Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən sonra Rusiya ilə qarşıdurmada heç bir dönüş baş verməyib”, – deyə Putin vurğulayıb.
O əlavə edib ki, Rusiya Ukraynanın müəssisələrinə zərbələri artırıb və cəbhədə hücum tempini yüksəldib.
Rusiya lideri həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukraynanın sənaye infrastrukturuna endirdiyi zərbələrin effektiv olduğunu bildirib. Onun sözlərinə görə, bu zərbələr Kiyevin hərbi potensialını azaltmağa yönəlib.

