Dmitri Medvedyev: Amerika dağılacaq…backend

Dmitri Medvedyev: Amerika dağılacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İlon Maskı ABŞ prezidentliyinə real namizəd adlandırıb.

Editor.az TASS-a istinadən xəbər verir ki, əvvəllər ağlını itirmiş rusiyalı siyasətçi ilə amerikalı milyarder arasında bir neçə ictimai konflikt olub. Lakin son zamanlar Maskın Twitter-də Rusiya təbliğatına münasibəti həddən artıq loyal xarakter alıb: “İndi yeni ABŞ-ın yeni siması Elon Mask haqqında çox danışılır.

ABŞ-da prezident seçkiləri zamanı Trampdan qat-qat çox səlahiyyətə malik olan və hətta Baydenə qalib gələ biləcək şəxs ola bilər. Bu, həmin əfsanəvi İlondur. Bu, həm də hadisələrin maraqlı inkişafı olardı”, – Medvedev deyib. Medvedev Amerikanın dağılacağını “proqnozlaşdırıb”. Rusiyanın eks-prezidentinin acınacaqlı məntiqinə görə, guya Texas ABŞ-a bir növ separatçı iddialar təqdim etmək niyyətindədir. Medvedev belə bir fikir irəli sürüb ki, Texas hakimiyyəti artıq hansısa “referendum” üçün zəmin hazırlayır: “Texas artıq referenduma hazırlaşmağa başlayıb, 2021-ci ildə Texas ştatında respublikaçılar Texasın müstəqilliyi haqqında qanun, Texasın özünün isə referendumla bağlı qanunu işləyib hazırlayıblar, onlar da hüquqi əsaslandırma ilə çıxış ediblər… Mən sizi bilmirəm, amma mən Texasa köklənəcəyəm”, – Medvedev ümid edir.

  //Samir Qurbanov,Editor.az