Dmitri Peskov: Ukrayna torpaqlarının yeni federal dairədə mümkün birləşdirilməsi ilə bağlı hələlik heç bir qərar verilməyibbackend

Dmitri Peskov: Ukrayna torpaqlarının yeni federal dairədə mümkün birləşdirilməsi ilə bağlı hələlik heç bir qərar verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarının bir federal dairədə mümkün birləşməsi ilə bağlı hələlik heç bir qərar verilməyib.

Editor.az bildirir ki, belə bir bəyanatla martın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Bundan əvvəl Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Krım təcrübəsini misal gətirərək “yeni regionların” inteqrasiyasını sürətləndirmək üçün onları bir federal dairədə birləşdirməyi təklif etmişdi: “Hələlik bununla bağlı heç bir qərar verilməyib, müxtəlif variantlar öyrənilir, lazım gələrsə, vaxtında qərarlar veriləcək.

Təkrar edirəm, İndiyə qədər belə bir qərar qəbul edilməyib”, – Kreml sözçüsü bildirib. Xatırladaq ki, ötən il keçirilən qondarma “referendum”un nəticələrinə görə, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsi elan olunub.

  //Samir Qurbanov, Editor.az