Qusarda polisə müqavimət göstərərkən zərərsizləşdirilən şəxsin törətdiyi cinayət məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib.
O, buna görə istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub.
R.Rəsulov saxlanılarkən polisə silahlı müqavimət göstərib. Polis əməkdaşlarının səyi nəticəsində o zərərsizləşdirilib.
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Oxu.Az-ın məlumatına görə, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


