Saç tökülməsinin ən çox rast gəlinən 6 səbəbi açıqlanıbbackend

Saç tökülməsinin ən çox rast gəlinən 6 səbəbi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dermatoveneroloq və kosmetoloq Yekaterina Anpiloqovanın sözlərinə görə, saç tökülməsi ilə bağlı şikayətlər trixoloqlara müraciətlərin ən geniş yayılmış səbəblərindən biridir.

Editor.az-ın məıumatına görə, mütəxəssis bildirib ki, bu problemə stress, dəmir və D vitamini çatışmazlığı, endokrin pozğunluqlar, autoimmun proseslər və sərt pəhrizlər səbəb ola bilər.  

Həkim qeyd edib ki, xroniki stress saç tökülməsinin əsas amillərindən sayılır. Uzunmüddətli gərginlik zamanı kortizol hormonunun səviyyəsi artır və bu, saç follikullarının böyümə fazasından istirahət mərhələsinə keçməsinə səbəb olur. Nəticədə, ağır emosional hadisədən və ya uzun stress dövründən 2–3 ay sonra diffuz saç tökülməsi başlayır.  

Anpiloqova əlavə edib ki, dəmir çatışmazlığı saç follikullarını oksigen və qida maddələrindən məhrum edir, bu isə saçın zəifləməsinə və tökülməsinə gətirib çıxarır. D vitamini çatışmazlığı isə saçın böyümə və istirahət fazalarının normal dəyişməsini pozur. Həkim analizsiz şəkildə vitamin və əlavələrin qəbulunun təhlükəli ola biləcəyini vurğulayıb.  

Mütəxəssis endokrin və autoimmun xəstəliklərin də saç sağlamlığına ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, hipotireoz zamanı saçlar quruyur, kövrəkləşir və kütləvi şəkildə tökülür. Ocaqlı alopesiya zamanı isə immun sistemi saç follikullarına hücum edir və baş dərisində, qaşda və ya saqqalda tüksüz dairəvi sahələr yaranır.  

Həkim sərt pəhrizlərin də təhlükə yaratdığını deyib. Kalori və amin turşularının çatışmazlığı zamanı orqanizm resursları həyati vacib orqanlara yönəldir, saçın böyüməsi isə ilk dayandırılan proseslərdən biri olur. Nəzarətsiz vegan qidalanma və ekstremal keto rejimlərinin saç qırılması və güclü tökülmə ilə nəticələnə biləcəyi vurğulanıb.  

//Gülnarə Abasova, Editor.az