Düşmənin Tərtərə atdığı top mərmisi nəticəsində mülki vətəndaş öldübackend

Düşmənin Tərtərə atdığı top mərmisi nəticəsində mülki vətəndaş öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər mülki vətəndaş həlak olub.

Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib.