Ermənistan revanş götürmək istəyir: böyük geopolitik müharibə axtarışındadırbackend

Ermənistan revanş götürmək istəyir: böyük geopolitik müharibə axtarışındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ölkəmizə qarşı hərbi-siyasi təxribat törətməsi, snayperlərin və terrorçu qruplaşmaların bölgəyə toplaşması onu göstərir ki, düşmənlərimiz planlı, hazırlıqlı şəkildə prosesi icra edir.

Editor.az  bildirir ki, bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Avropa İttifaqının “mülki missiyasının” olduğu bölgədə hərbi insidentin baş verməsi də təsadüfi deyil.

“Çünki uzun müddət ərzində Avropa İttifaqının nümayəndələrinin “binokl diplomatiyası” ilə məşğul olması və sülhə töhfə verən heç bir addım atmaması müşahidə olunurdu. Hərbi kampaniyanın icrasına qədər ardıcıl və sistematik baş verən hadisələr də göstərir ki, Ermənistan revanş götürmək istəyir. Böyük geopolitik müharibə axtarışındadır. Xüsusilə vurğulamaq lazımdır, Fransa və Hindistan texnikalarının əldə olunması ilə yanaşı, Ermınistan parlamentinin təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini də bildirir ki, digər qabaqcıl hərbi sənaye ölkələri ilə də razılıqlar əldə olunub. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” nəşrinə müsahibəsində də sərt ritorikadan əl çəkmir. Və nəticədə hərbi təxribat baş verir, Azərbaycan hərbçisi yaralanır.

Ermənistanın arxasında duran, ona hərbi, iqtisadi, siyasi dəstək göstərən qüvvələr də bilməlidir ki, Azərbaycan güclü dövlətdir. Ərazi bütövlüyünü, suverenliyini təmin edib. Digər tərəfdən təhlükəsizliyə təhdid törədən bütün elementlər zərərsizləşdiriləcək”,- deyə o, qeyd edib.

Qeyd edək ki, dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.