FT: Rusiya atəşkəs üçün bir neçə tələbindən imtina edirbackend

FT: Rusiya atəşkəs üçün bir neçə tələbindən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna ilə bu gün İstanbulda davam edəcək danışıqlarda Ukraynanın Aİ-na üzvlüyü ilə bağlı hazırlıqlar başlayacaq.

Editor.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Qəzet danışıqlardan xəbəri olan 4 nəfərə istinadən bildirir ki, Moskva və Kiyev münaqişənin dayandırılmasını müzakirə edir. Mümkün razılaşmanın bir hissəsi kimi Ukrayna təhlükəsizlik zəmanətləri, potensial Aİ üzvlüyü müqabilində NATO-ya üzvlük istəyindən əl çəkəcək. Razılaşma hələ yekunlaşmadığı üçün adının açıqlanmasını istəməyən rəsmilərin verdiyi məlumata görə, atəşkəs şərtləri arasında Rusiyanın ilkin olaraq səsləndirdiyi üç əsas tələb, “de-nasist”, “silahsızlanma” və “Ukraynada rus dilinin hüquqi müdafiəsi” isə yer almayıb.

Tərəflərin nümayəndələrinin bu gün İstanbulda danışıqların dördüncü raunduna başlayacağını bildirən qəzet Rusiyanın güzəştlərinin Ukraynanın gözlənildiyindən daha güclü müqavimət göstərməsi və bir aydır davam edən işğalın dalana dirənməsinin nəticəsi olduğunu vurğulayır.

//Gülnarə Abasova, Editor.az