Gəncədə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş yarış keçirilibbackend

Gəncədə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş yarış keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş kross idman növü üzrə qızlar və oğlanlar arasında şəhər birinciliyi keçirilmişdir.

Editor.az xəbər verir ki, yarış Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq, karantin rejiminin qaydalarına əsasən, açıq havada, həkim nəzarəti altında keçirilib.

Tədbirdə ilk öncə Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar onun əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Birinciliyin açılış mərasimində Baş İdarə rəisi Həmid Nəsirov çıxış edərək, Ulu Öndərin zəngin həyatı və fəalliyyəti haqqında danışmış, həmçinin idmançılara uğurlar arzu etmişdir.

Yarışda 1-ci, 2-ci və 3-cü yerləri qazanmış qalib idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.