İdxalı qadağan olunmuş, ancaq pulu ödənilmiş maşınlar ölkəyə buraxılacaq? – Nazirlər Kabinetindən AÇIQLAMAbackend

İdxalı qadağan olunmuş, ancaq pulu ödənilmiş maşınlar ölkəyə buraxılacaq? – Nazirlər Kabinetindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin 29 mart tarixli qərarı ilə artıq zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Bir aydan sonra qərar qüvvəyə minir.

Bir çox şəxslər avtomobillərini artıq sifariş edib və onların gətirilməsi qərarın qüvvəyə minəcəyi tarixdən sonra olacaq.

Bəs onlarla bağlı hansı addım atılacaq?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzVision.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, ödənişlərini edənlərə güzəşt ediləcək.

“Onların sifariş etdikləri avtomobillər Azərbaycana buraxılacaq. Qərarın geriyə qüvvəsi yoxdur. Qərar 29 martdan sonrakı hadisələrə şamil olunur. 29 mart daxil olmaqla sifariş olunan və ödəniş olunan avtomobillər Azərbaycana buraxılacaq”.