İmtahan həyəcanını necə azaldaq?- Psixoloji hazırlığın FAYDALARIbackend

İmtahan həyəcanını necə azaldaq?- Psixoloji hazırlığın FAYDALARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abituriyentlərin dərs müvəffəqiyyətləri ilə yanaşı, imtahanlara psixoloji hazırlıqları da önəmlidir. Bəs onlara psixoloji hazırlıq nə zaman kömək olur ? Bəzi abituriyentlər imtahan qabağı həddindən artıq həyəcanlanır və özünü idarə edə bilmir. Bu həyəcan da “imtahan qorxu”sudur. Məsələn, maşından qorxan biri əslində maşında qəzaya düşməkdən qorxur. Yəni, abituriyentlərdəki “imtahan həyəcanı” imtahandan kəsilmə, uğursuzluq qorxusudur. Belə həyəcan isə daha çox mükəmməlliyyətçi valideynlərin övladlarında olur. Elə valideynlər var ki, uşaqları imtahana gedənə qədər ona şərt qoyur ki, maksimum balı yığmalısan. Bu düşüncə çox yanlışdır”.

Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.


Onun sözlərinə görə, abituriyentlər uğurla yanaşı, uğursuzluqlara da hazır olmalıdır:

“Əgər abituriyent imtahan həyəcanını artıq fizioloji olaraq hiss edirsə, əl tərləməsi tez-tez ürək döyünməsi, ürək bulanması baş verirsə, mütləq mütəxəssisə müraciət etməlidir. Bəzi üsullar var ki, bunlar həyəcanı azaldır. Məsələn, imtahan başladıqda otaqdakı əşyaları saymaq, rəqəmlərdən istifadə etmək. Sınaq imtahanlarında bu üsullar heç bir effekt vermirsq, psixoloqa müraciət olunmalıdır. Psixoloq həyəcanı ölçmək üçün testlərdən istifadə edərək müəyyən terapiyalara başlayır. Bunlar abituriyentlərə imtahanı müvəffəqiyyətlə başa vurmağa kömək olur”.

Psixoloq imtahana 3 gün qalmış dərs oxumamağı, təmiz havada gəzməyi və həzin musiqilərə qulaq asmağı məsləhət görür:

” Eyni zamanda, müəyyən saatlarda hər fəndən 3 test işləmək olar. Abituriyentlərə məsləhət görərdim ki, bu günlərdə gələcəyə dair planları barədə düşünsünlər. Özlərini gördükləri zirvəni xəyal etsinlər ki, bu motivasiya onlara imtahan həyəcanına qalib gəlməyə kömək olacaq”.

//Gülnarə Abasova, Editor.az