“İnterpol”la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıbbackend

“İnterpol”la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.

İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.