İran XİN rəhbərindən Yaponiyaya SƏRT MESAJ: “Məsuliyyət daşıyırsınız” – FOTObackend

İran XİN rəhbərindən Yaponiyaya SƏRT MESAJ: “Məsuliyyət daşıyırsınız” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Yaponiyanın şimalında yerləşən Misava aviabazasından İrana qarşı hərbi əməliyyatlarda istifadə etdiyi barədə məlumatlara münasibət bildirib.

Oxu.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

Əraqçı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcılarının Misava aviabazasından Yaxın Şərqə göndərilməsi və İrana qarşı hücumlarda istifadə edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Nazir qeyd edib ki, Yaponiyada yerləşən ABŞ hərbi bazalarından istifadə ilə bağlı məsuliyyət həmin obyektlərin yerləşdiyi ölkənin hökumətinin üzərinə düşür.

Əraqçı bildirib ki, ABŞ-nin Yaponiyadakı hərbi obyektlərindən İrana qarşı istifadə edilməsi halında Yaponiya hökuməti məsuliyyət daşıyır.