İstanbulda saxta mənzil elanları ilə 25 milyon lirəlik dələduzluqbackend

İstanbulda saxta mənzil elanları ilə 25 milyon lirəlik dələduzluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda internet üzərindən saxta mənzil elanları yerləşdirərək vətəndaşlardan beh alan dəstəyə qarşı keçirilən əməliyyat nəticəsində 14 şübhəli məhkəməyə göndərilib.

Editor.az-ın  İHA-ya istinadən yaydığı məlumata görə, şübhəlilər internet saytlarında bazar qiymətindən daha ucuz mənzil elanları yerləşdirərək potensial alıcıları cəlb ediblər. Daha sonra müxtəlif bəhanələrlə vətəndaşlardan beh alıb onları aldadıblar.

İstintaq zamanı şübhəlilərin 30 ayrı hadisə üzrə 30 nəfəri təxminən 25 milyon türk lirəsi məbləğində zərərə saldığı müəyyən edilib.

Polisin məlumatına əsasən, şübhəlilər ailə şirkəti prinsipi ilə fəaliyyət göstərib. Avqustun 25-də İstanbul, Sinop və Giresun da daxil olmaqla üç vilayətdə eyni vaxtda əməliyyat keçirilib və 14 nəfər saxlanılıb.

İstintaq çərçivəsində şübhəlilərə məxsus 23 daşınmaz əmlak, 6 avtomobil və bank hesablarına məhdudiyyət qoyulub. Hüquq-mühafizə orqanları zərərçəkənlərin sayının və dələduzluq məbləğinin arta biləcəyini istisna etmir.

//Samir Qurbanov, Editor.az