Moskva və İrəvan arasında yeni diplomatik qalmaqal: Zaxarova Simonyanı da sərt tənqid etdibackend

Moskva və İrəvan arasında yeni diplomatik qalmaqal: Zaxarova Simonyanı da sərt tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ölkədən qaçan Rusiya vətəndaşları ilə bağlı səsləndirdiyi fikirlərə kəskin reaksiya verib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın “cəbhəyə getmək istəməyən Rusiya vətəndaşlarını qəbul etməyə hazır olduğu” barədə bəyanatlarını təxribat xarakterli adlandırıb.

Rusiya diplomatiyasının təmsilçisi bildirib ki, Simonyanın bu cür çıxışları mahiyyətcə Rusiya vətəndaşlarını qanunsuz əməllərə sövq edir və ənənəvi erməni qonaqpərvərliyinə toksik siyasi çalarlar qazandırır.

Mariya Zaxarova əlavə edib ki, Ermənistan rəsmisinin bu fikirləri İrəvanın hər vəchlə Qərbə və Kiyev rejiminə yaltaqlanmaq, onlara xidmət etmək istəyinin bariz sübutudur.

Moskva tərəfi Rusiyada yeni səfərbərlik dalğası barədə şayiələrin dəfələrlə təkzib edildiyini xatırladaraq, İrəvanı ikiölkəli münasibətlərə xələl gətirən ritorikadan çəkinməyə çağırıb.

Musavat.com