Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan “Hürjet” ilk uçuşunu həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcək ilk “Hürjet” təyyarəsi yerüstü və taksi sınaqlarından sonra ilk uçuşunu uğurla həyata keçirib.
Bildirilib ki, “Hürjet”in ilk uçuşu 18 dəqiqə davam edib.

