Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara Baş Prokurorluğu Atalayın “fidannatalay” adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsiz məzmun” cinayəti çərçivəsində qiymətləndirilib və bu ittihama əsasən saxlanılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Fidan Atalay əvvəllər təhsil sahəsində fəaliyyəti ilə tanınıb. Sonradan müəllimlik fəaliyyətindən uzaqlaşaraq sosial mediaya yönəlib və ödənişli abunəçilər üçün xüsusi məzmunlar paylaşmağa başlayıb.


