İranda 650 tələbə qız zəhərlənib: “Görünür, bəziləri qız məktəblərinin bağlanmasını istəyir”backend

İranda 650 tələbə qız zəhərlənib: “Görünür, bəziləri qız məktəblərinin bağlanmasını istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagirdin zəhərləndiyi məlum olub.

Editor.az ölkə mətbuatına istinadla xəbər verir ki, tələbələr başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparılıb və heç bir can itkisi yoxdur.

Səhiyyə naziri Bəhram Eynollahi bəzi insanların bütün məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istədiklərini iddia edib.

“Heç kəsin ölüm təhlükəsi yoxdur və narahatlığa ehtiyac yoxdur. Ölkədə ilk zəhərlənmələr 2022-ci il noyabrın 30-da Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdəki 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunmağa başlayıb”,-deyə səhiyyə naziri bildirib.

//Gülnarə Abasova, Editor.az