İtkin düşən Qazax sakini huşsuz vəziyyətdə başqa kənddən tapıldıbackend

İtkin düşən Qazax sakini huşsuz vəziyyətdə başqa kənddən tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş gün öncə itkin düşən Qazax rayon sakini başqa kənddən tapılıb. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, Kosalar kənd sakini, 73 yaşlı İsman Pənahov Bala Çaylı kəndinin yaxınlığından tapılıb. İlkin məlumata görə, yaşlı kişi tapılarkən huşsuz vəziyyətdə olub. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

//İlham, Editor.az