Keçmiş klub rəhbəri: ABŞ dünya çempionatının keçirilməsi üçün ən uyğun ölkə deyilbackend

Keçmiş klub rəhbəri: ABŞ dünya çempionatının keçirilməsi üçün ən uyğun ölkə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Rostov” klubunun sabiq baş direktoru Yuri Belous ABŞ-ın futbol üzrə dünya çempionatının təşkili üçün ən münasib ölkə olmadığını bildirib.

Editor.az xəbər verir ki, o, bu fikirlərini yerli mətbuata açıqlamasında səsləndirib.  

Belousun sözlərinə görə, ABŞ-ın beynəlxalq siyasətdə tutduğu mövqe bir çox ölkədən gələn iştirakçı və azarkeşlər üçün narahatlıq yarada bilər. O bildirib ki, turnirin bu ölkədə keçirilməsi ilə bağlı hər kəs eyni dərəcədə müsbət düşünmür.  

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir. Bu mundial tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunur.  

//Gülnarə Abasova, Editor.az