Alimlər arıqlamaq üçün pəhriz qədər effektiv olan üsulu açıqlayıblarbackend

Alimlər arıqlamaq üçün pəhriz qədər effektiv olan üsulu açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya alimlərinin apardıqları genişmiqyaslı araşdırma göstərib ki, intervallı oruc (intermittent fasting) klassik kaloriməhdudlaşdırıcı pəhriz qədər arıqlamaqda effektivdir.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Clinical Nutrition elmi jurnalında dərc olunub.

Araşdırmaya Adelaida Universitetinin professoru Leoni Heilbronn rəhbərlik edib. Tədqiqat zamanı piylənmədən əziyyət çəkən 200-dən çox yetkin şəxs 18 ay ərzində üç fərqli qrup üzrə müşahidə olunub. İştirakçılar intervallı oruc rejimi, aşağı kalorili pəhriz və ya ciddi məhdudiyyətlər olmadan sağlam qidalanma tövsiyələrinə əməl ediblər.

Nəticələr göstərib ki, həm intervallı oruc tutanlar, həm də kaloriləri hesablayaraq qidalananlar orta hesabla təxminən 7 kiloqram çəki itiriblər. Sağlam qidalanma tövsiyələrinə əməl edən nəzarət qrupunda isə orta çəki itkisi cəmi 2 kiloqram olub. Eyni zamanda, hər iki əsas qrup arasında nə bədən çəkisi, nə də qanda şəkər və yağ göstəriciləri baxımından ciddi fərq qeydə alınmayıb.

Alimlər bildiriblər ki, intervallı oruc tutan iştirakçılar qidalanmalarını daim nəzarətdə saxlamaq məcburiyyətində qalmadıqlarını daha çox qeyd ediblər. Klassik pəhriz saxlayanlarda isə uğurun təxminən 15 faizi məhz davamlı özünənəzarətlə əlaqələndirilib.

Professor Leoni Heilbronnun sözlərinə görə, hər iki üsul eyni dərəcədə təsirlidir və seçim onların effektivliyindən deyil, insanın həyat tərzi və şəxsi üstünlüklərindən asılı olmalıdır.

//Gülnarə Abasova, Editor.az